Deputatımız ATƏT-in tədbirinə qatılacaq

Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin üzvü Azay Quliyev dekabrın 2-də Avstriyanın Vyana şəhərinə səfər edəcək. Milli Məclisdən "Olayalar"a bildirilib ki, səfər çərçivəsində deputat ATƏT PA Bürosunun və Nazirlər Şurasının iclaslarında iştirak edəcək. Tədbirlərdə ATƏT-in fəaliyyəti, cari siyasi məsələlər və seçkilərin müşahidəsi barədə müzakirələr aparılacaq.
Səfər dekabrın 6-da başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31