Əfsanə İbrahimova: Zelenskiyə qarşı hərbi çevriliş riski real deyil, amma… — ÖZƏL
17:05 SiyasətPentaqonun keçmiş müşaviri Duqlas Makqreqor deyib ki, Ukrayna Prezidenti Volodimir Zelenski hərbi çevriliş riski ilə üz-üzədir.
"Hazırda Ukrayna qoşunlarının Kiyevə yeridilməsi ehtimalı açıq müzakirə olunur. Məqsəd Zelenski və onun korrupsiyalaşmış hökumətindən qurtulmaqdır", - o vurğulayıb.
Makqreqor istisna etməyib ki, Vaşinqtonun Ukraynaya dair sülh planı hazırlaması əhəmiyyətsiz ola bilər: "Çünki hadisələr Qərbin onlarla ayaqlaşa bilməyəcəyi sürətlə inkişaf edir".
"Hərbi çevriliş" iddiaları nə dərəcə realdır?
Qərbdəki bəzi dairələrin Zelenski hökumətinin "korrupsiyalaşmış" kimi xarakterizə edilməsi, Kiyevə verilən hərbi və maliyyə dəstəyinə necə təsir göstərə bilər?
"Pentaqonun keçmiş müşaviri Duqlas Makqreqor ABŞ-də marginallaşmış, Kremlin mövqelərinə yaxın ekspertlər sırasında tanınır. Şübhəsiz ki, belə bir şəxsin açıqlaması Qərb hökumətlərinin rəsmi mövqeyini əks etdirə bilməz.".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əfsanə İbrahimova deyib. Siyasi şərhçi bildirib ki, buna baxmayaraq, son aylarda Ukraynada daxili siyasi gərginliklərin artması iddianın rezonansını gücləndirir. Ancaq son zamanlar Ukrayna daxilində siyasi qarşıdurma da sürətli şəkildə yüksəlir. Ordu ilə siyasi hakimiyyətin münasibətləri çox da hamar deyil. Prezident Zelenski ilə ordunun yüksək rütbələri arasında fikir ayrılığı dərinləşirdi. 2024-də Zalujnının istefaya göndərilməsi hərbi elita daxilində narazılığı artırmışdı. Son zamanlar Zelenski ətrafında korupsiya qalmaqalların baş verməsi, parelel şəkildə ABŞ və AB - bu məsələnin gündəmə gəlməsi də Ukrayna prezidentinə qarşı çevriliş riskini artırır.
"Nəzərə alaq ki, Ukrayna ordusu daxilində Zelenskiyə qarşı güclü bir narazılıq müşahidə edilmir. Eyni zamanda ölkə kəşfiyyatının da prezidenti aktiv şəkildə dəstəklədiyi görünür. Buna görə hərbi çevriliş cəhdi çox da real deyil. Ancaq Zelenski üçün təhlükə də sovuşmuş deyil," - deyə siyasi şərhçi əlavə edib.
Ekspert vurğulayıb ki, Qərb mətbuatı həvəslə Ukrayna prezidentliyi üçün alternativ lider axtarışına çıxıb. Son zamanlar yaşanan korupsiya qalmaqallarına görə bu məsələ daha da aktuallaşıb. Buna görə siyasi hakimiyyətdə dəyişiklik ehtimalı gündəmdədir. Ancaq bu zənnimcə, Qərbin dəstəyi ilə baş verə bilər.
Sevda Dəniz