Avropanın “Rusiya parçalanması” planı: Reallıq, yoxsa siyasi fantaziya?- ÖZƏL

Massaçusets Universitetinin professoru Riçard Volf "Dialogue Works" kanalına açıqlamasında bildirib ki, Avropa iqtisadi tənəzzülün qarşısını almaq üçün Rusiyanı kiçik dövlətlərə bölmək ideyasını müzakirə edir. Onun sözlərinə görə, belə bir parçalanma Avropa ölkələrinə neft, qaz və ucuz enerji resurslarına daha rahat çıxış imkanı verə bilər.
Riçard Volfun iddia etdiyi kimi, Avropanın Rusiyanı parçalamaq planı reallığa nə dərəcədə yaxındır?  Əgər belə bir ssenari baş versə, regionda təhlükəsizlik balansı və enerji bazarları necə dəyişə bilər? 

Mıvzu ilə bağlı politoloq İlyas Hüseynov Olaylar.az-a açıqlama verib: 
" Rusiya-Ukrayna müharibəsi fonunda Rusiya qarşı iqtisadi təzyiqlər və genişmiqyaslı məhdudiyyətlərin tətbiqi həm də ona hesablanıb ki, Rusiya daxilində ictimai-siyasi narazılıq yaransın. Vladimir Putin və onun komandasını geniş xalq kütlələri devirsinlər, yeni bir hakimiyyət qurulsun, Rusiyada siyasi xaos, anarxiya, təhlükəsizlik böhranı formalaşsın. Belə fikirlər var, lakin biz SSRİ dağılandan sonra müxtəlif siyasi nəzəriyyələrin və taktiki gedişlərin müəllifi olan Zbiqnev Bjezinskinin fikirlərinə baxsaq, SSRİ dağıldıqdan sonra Rusiyanın saxlanılması və mövcud ərazi bütövlüyü çərçivəsində əməkdaşlığa dair tezislərin yer aldığını görərik. Ola bilsin ki, ABŞ-də bu gün fikirlər dəyişib, yanaşmalar köklü surətdə fərqlənir və Rusiyanı müxtəlif hissələrə, fragmentlərə bölərək onun enerji resurslarına əlçatanlığı təmin etmək, xammal bazasına çıxışı formalaşdırmaq niyyətləri və strategiyaları həyata keçirilir. Buna görə də Rusiyanın siyasi ideoloqları cəmiyyəti birləşdirmək, konsolidasiya və həmrəylik tezislərini irəli sürməklə öz mövcudluqlarını genişləndirmək niyyəti güdürlər. Belə olan halda, əlbəttə ki, ideoloji bir savaşın, mübarizənin biz həm də tamaşaçısına çevrilirik. Şübhəsiz ki, bu müharibənin nə ilə yekunlaşacağı dünya siyasi sisteminə və iqtisadi təsisatlara təsir edəcək". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31