Zelenskiyə ciddi təzyiqlər edilir- ÖZƏL

"Ukrayna Anti-korrupsiya Bürosu (NABU və SAPO) prezident administrasiyasının rəhbəri A.Yermakın evində axtarış aparıb. Qeyd edim ki, ABŞ nəzarətində olan Ukrayna siyasi rəhbərliyinə tabe olmayan Anti-korrupsiya Bürosu A. Yermakı hədəfə alması təsadüfi deyil. A. Yermak D. Trampın 28 maddəlik  "sülh planına" qarşıdır. Üç tərəfli Cenevrə danışıqlarına A. Yermak rəhbərlik edir". "Olaylar" xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib:

"Yermak Ukraynada kifayət qədər güclü fiqurdu və prezident V. Zelenskinin yaxın müttəfiqidir. Onun hədəfə gətirilməsi V. Zelenskiyə ciddi təzyiqlər etmək və D. Trampın təkliflərini qəbul edilməsinə hesablanıb. Hazırda bu siyasi təzyiqə çevirmək və Rusiyanın planın qəbul etdirilməsinə hesablanıb. Baş vərənlər V. Zelenskinin siyasi hakimiyyətini laxlatmaq və istefaya göndərmək planı dayanır.
Amma, Avropa İttifaqı V. Zelenskiyə ciddi siyasi dəstək verəcək. Ona qarşı ABŞ tərəfindən artan təzyiqlərindən qorumağa çalışacaq. D. Trampın xüsusi nümayəndəsi S. Uitkof Rusiyanın lobbiçiliyini edirsə, Kiyevdə NABU Ağ Ev tərəfindən təlimatla hərəkət etməsi istisna deyil".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31