Seçicilər deputat qarşısında hansı məsələni qaldırdılar?- ÖZƏL
10:17 SiyasətMilli Məclisin deputatı Hicran Hüseynova vətəndaş qəbulu keçirib. "Olaylar" xəbər verir ki, bu barədə millət vəkili özü məlumat verib: " 42 saylı Sumqayıt birinci seçki dairəsinin deputatı və Milli Məclisin komitə sədri olaraq Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının inzibati binasında seçicilərlə növbəti vətəndaş qəbulunu keçirdik. Qəbul zamanı vətəndaşların müraciətlərini dinlədik, hər bir məsələ diqqətlə araşdırıldı. Qaldırılan müraciətlər əsasən sosial rifah, məşğulluq, pensiya təminatı, ailə-məişət məsələləri və gündəlik həyatla bağlı digər mövzuları əhatə edirdi.
Bir sıra problemlərin həlli yerində təmin olundu, digər müraciətlər isə qanunvericiliyin tələblərinə uyğun olaraq aidiyyəti dövlət qurumlarına yönləndirilmək üçün icraata götürüldü.
Seçicilərlə keçirilən bu cür görüşlər, onların mövcud problemlərinin operativ şəkildə öyrənilməsi və həllinə yönəlmiş praktiki addımların atılması baxımından böyük əhəmiyyət daşıyır".