Azərbaycan-BƏƏ hərbi əməkdaşlıq və perspektivləri müzakirə edib

"Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında hərbi əməkdaşlıq haqqında" Sazişə əsasən, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) dövlət nümayəndələri ölkəmizə səfər edib.

Olaylar xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində keçirilən işçi görüşdə ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi, hərbi əlaqələrin də inkişaf etdiyi qeyd olunub, təcrübə mübadiləsi baxımından qarşılıqlı səfərlərin və birgə təlimlərin əhəmiyyəti diqqətə çatdırılıb.

Qonaqlara 44 günlük Vətən müharibəsi, regiondakı vəziyyət və digər mövzularla bağlı brifinq təqdim olunub, maraq doğuran suallar cavablandırılıb.

Sonda hərbi əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivlərinə dair məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31