Şəhidlərin ruhuna hörmət: Həssas mövzulara duyarlılıq çağırışı
17:08 SiyasətTanınmış azərbaycanlı stilist-vizajist, xalq artisti Ramiz Novruzun qızı Şəfəq Novruz paylaşımı ilə diqqət çəkib.
O, erməni əsilli stilist, Georgi Kot ilə birlikdə çəkilmiş fotosunu izləyiciləri ilə paylaşıb.
Bu mövzu barədə siyasi şərhçi Aydın Quliyev Olaylar.az-a açıqlamasında bildirib:
"Şəhidlərimizin ruhu bağışlasın belə şeyləri. Ermənistan və erməni mövzusunun bizim cəmiyyətimiz üçün həssas mövzu olduğunu hər kəs yadda saxlamalıdır. Hər kəs bu yöndə bir addım atanda, bir iş tutanda şəhidlərin ruhuna, qazilərin xatirinə dəyə biləcək heç nə etməməlidir. Onların ruhuna və xatirinə toxunan bir şey etmək günahdır, edilən bir şeyi paylaşmaq isə ikiqat günah və mənəvi cinayətdir."
İbrahim Məmmədli
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31