Ədalətli yox, kompromis barış: Kiyev üçün ədalətsiz, Moskva üçün təminatsız – ÖZƏL

Ukrayna ABŞ-nin təklif etdiyi sülh planını qəbul etməyə razılıq verib. Bu razılıq, müharibənin gələcək taleyi və regionda sabitliyin bərpası yolunda atılan əhəmiyyətli bir addım kimi qiymətləndirilir. Lakin, tərəflərin razılaşdığı sənədin detalları və konkret şərtləri hələ dəqiqləşdirilmə mərhələsindədir, bu da danışıqların gərgin və kritik bir dövrəyə qədəm qoyduğunu göstərir.
Bu sülh təşəbbüsü ilə bağlı son dərəcə mühüm görüşlər Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilir. Ukrayna nümayəndə heyəti hazırda Əbu-Dabidədir və danışıqlarda aktiv iştirak edir. Ən vacib məqam isə odur ki, ABŞ Dövlət Departamenti və ya digər müvafiq qurumlardan olan nazir və xüsusi nümayəndə Daniel Driskoll Rusiya ilə planın yenilənmiş versiyasını müzakirə edir. Bu, ABŞ-nin vasitəçiliyi ilə irəli sürülən sülh təklifinin həm Kiyev, həm də Moskva tərəfindən qəbul edilə biləcək son formatını hazırlamaq cəhdi kimi şərh olunur.

Ukrayna barışa yaxındırmı? 

"Ukrayna nümayəndə heyətinin Əbu-Dabiyə gəlişi və ABŞ-nin xüsusi nümayəndəsi Daniel Driskollun Rusiya ilə "yenilənmiş barış planı"nı müzakirə etməsi prosesin yeni mərhələyə keçdiyini göstərir. İlk dəfədir ki, tərəflər konturlar üzrə danışmağa başlayıb".

Bu fikirləri Olaylar.az-a açıqlamasında araşdırmaçı-yazar, türkoloq Əkbər Qoşalı deyib. Türkoloq bildirib, barışın yaxınlaşmasını şərtləndirən üç amili vurğulaya bilərik:
ABŞ-də seçki ili - Vaşinqton müharibənin uzanmasını siyasi risk sayır və "çevik sülh modelini" sürətləndirir;
Ukraynanın resurslarının kritik həddi - Kiyev praqmatik "barış pəncərəsi"nin açıq olduğunu anlayır;
Rusiyanın uzunmüddətli müharibə yükünü azaltmaq istəyi - Moskva da minimal kompromis axtarışındadır.

Bəs belə olan halda yeni il barış gətirəcəkmi? 

Yəqin ən optimis insan da belə deyər: tam barış yox, ən yaxşı halda, öncəbhədə savaşın dayandırılması, uzunmüddəgli atəşkəs mərhələsi mümkündür. Yanvar-fevral aylarında "çərçivə anlaşması" və ya geniş atəşkəs mexanizmi duyurulsa, bu, barışa canatanlat üçün çox yaxşı olardı. Bax, bu, böyük qayıdış sayılmaz, böyük qanın qarşısını alan kdçid faza sayılacaq.

Başqa bir vacib sual - sözügedən barış ədalətli və daimi olacaqmı? 

Model hər halda kompromis olacaq. Çünki: Kiyev üçün tam ədalətli deyil, Moskva üçün tam təminatlı deyil, Qərb üçün idarəolunan sabitlikdir.
Daimiliyi isə yəqin üç şərt müəyyən edəcək:
birincisi, ABŞ-Rusiya arasında minimum güvən; ikincisi, Ukraynaya gerçəkçi təhlükəsizlik zəmanətləri; üçüncüsü, cəbhə xəttinə beynəlxalq nəzarət.
2025-ci ilin əvvəli Ukraynaya savaşdan çıxış qapısı aça bilər. Bu, hələ barışıq deyil, amma barışığa aparan yolun başlanğıcıdır.

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31