Sankt-Peterburq sammiti: Bakı-İrəvan dialoqunda yeni mərhələ mümkünmü?- ÖZƏL

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, MDB-nin Yeni il öncəsi qeyri-rəsmi sammiti bu il dekabrın 21-22-də Sankt-Peterburqda keçiriləcək. Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı hələ açıqlanmayıb və ötən ilki təyyarə hadisəsi ilə bağlı Rusiyanın kompensasiya və istintaqla bağlı atacağı addımdan asılı ola bilər. Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı istisna deyil. Hər iki lider getsə, üçtərəfli görüş ehtimalı var, lakin zərurət yoxdur.
İlham Əliyev və Paşinyanın sammitdə iştirakı təsdiqlənərsə, Kremlin təşəbbüsü ilə üçtərəfli görüşün keçirilmə ehtimalı və bu görüşün sülh prosesi üçün real zərurəti varmı?

Mövzu ilə bağlı mövzu ilə bağlı "Müasir İnkişaf" İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü Olaylar.az-a açıqlama verib:

" Azərbaycan Prezidentinin MDB samitində və bu formatda görüşlərdə iştirakı məsələsində əlaqələrin yenilənməsi, görüşlər zamanı faydalı müzakirələrin aparılması müsbət haldır. Mən bunu müsbət dəyərləndirirəm. MDB samitində Paşinyan da  iştirak etsə, cənab Prezidentin onunla görüşü də mümkün ola bilər. Hətta düşünürəm ki, belə bir görüşdən müəyyən faydalı məqamlar da ortaya çıxa bilər. Lakin ümumən və əsasən hesab edirəm ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin tənzimlənməsi üçün üçüncü bir tərəfin istər Rusiya, istər başqa bir dövlətin iştirakı ilə görüşlərin keçirilməsinə artıq o qədər də zərurət yoxdur. Bu zərurət getdikcə azalır. Azərbaycanla Ermənistan liderləri özləri ayrıca, ikilikdə görüşlər keçirə bilərlər və artıq belə toplantılar keçirilir. Bu görüşlər də çox faydalı olur. Üçüncü tərəfin vasitəçiliyinə, tərəfdaşlığına və təşkilatçılığına elə də ehtiyac yoxdur. Azərbaycanla Ermənistan bu məsələləri ikitərəfli qaydada tənzimləyə bilərlər və bundan daha səmərəli nəticələr əldə olunar. MDB samitində tərəflərin bir araya gəlməsi də mümkündür. Ümumilikdə isə istənilən halda görüşlər və müzakirələr faydalıdır". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31