KTMT təşkilati özünü doğrultmadı- ÖZƏL
11:54 Siyasət"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Bişkekdə keçirilən növbəti sammitinə Ermənistan Baş naziri qatılmadı. Ümumiyyətlə, Ermənistan KTMT hərbi təlimlərində və digər toplantılarında iştirak etmir". Bunu "Olaylar"a Milli Cəbhə partiyasının başqanın müavini Məhəmməd Əsədullazadə deyib: "De-fakto Ermənistan KTMT-dən çıxıb. Parlament seçkisində N. Paşinyan qələbə əldə edərsə, gələn il KTMT-dən tam çıxmasi istisna deyil. Rusiyanın Ermənistan hakimiyyətinə təzyiqləri isə, müsbət səmərə verməyəcək.
Ümumiyyətlə, KTMT regional müstəvidə aparıcı bir təşkilat deyil. Üzv ölkələr protokol xatirinə yığışır və qərarlar qəbul edir. Sadəcə belə bir toplantılar Rusiyaya lazımdır ki, özünü beynəlxalq oyunçu kimi görünsün. Artıq Rusiyanın KTMT təşkilati özünü doğrultmadı. Çünki, Rusiya üzv ölkələri ilə qarşılıqlı şəkildə əməkdaşlıq etmir.
KTMT Bişkekdə keçirilən toplantısına Rusiya prezidenti özü iştirak etməsinə baxmayaraq, heç də bu təşkilatın geosiyasi nizamda mövqeyini gücləndirməyəcək. Rusiyanın müəllifi olduğu təşkilatlar Qərblə siyasi və hərbi qarşıdurma fonunda getdikcə öz geosiyasi əhəmiyyətini itirəcək".