Kreml sülh müqaviləsinin Moskvada bağlanmasına çalışır- ÖZƏL

"Kreml rəhbərliyi  Azərbaycanla Ermənistan arasında Yekun sülh müqaviləsinin Moskvada bağlanmasına çalışır". Bunu "Olaylar"a politoloq Məhəmməd Əsədullazadə deyib: "Bu müstəvidə Azərbaycan və Ermənistana vaxtaşırı mesajlar göndərilir. Azərbaycan və Ermənistan Yekun sülh müqaviləsini hər iki ölkənin delimitasiya olunmuş sərhəddində bağlana bilər. Bunun üçün nə Vaşinqton, nə də digər paytaxtlara ehtiyac yoxdur. Amma, geosiyasi proseslər dəyişməsi fonunda Yekun sülh müqaviləsi yeniden Vaşinqtonda imzalanması istisna deyil. Xüsusilə, Rusiyanın artan təzyiqləri fonunda bu proses baş tuta bilər. 
Qeyd edim ki, hər iki ölkənin vətəndaş cəmiyyəti arasında dialoq keçirilir. Rusiya çalışır ki, bu prosesin qarşısını alsın. Rusiyanın artan təzyiqləri hər iki ölkənin sülh prosesi ilə bağlı mövqeyini dəyişə bilməyəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31