Hikmət Hacıyev Türkiyə nümayəndə heyəti ilə görüşüb

Türkiyənin Strateji Araşdırmalar Mərkəzinin nümayəndələri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.

Bu barədə Strateji Araşdırmalar Mərkəzinin "X"dəki hesabında bildirilib.

"Şuşada keçirilən Birinci Türkiyə-Azərbaycan Beyin Mərkəzləri Forumuna qatılan Türkiyə nümayəndə heyəti olaraq Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşdük. Görüşdə Türkiyə-Azərbaycan əməkdaşlığının bütün aspektləri, eləcə də regional və qlobal hadisələr müzakirə edilib", - Mərkəzin paylaşımında qeyd olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31