SSRİ bayrağını qaldıranlardan biri də idman jurnalisti imiş - DOSYE
19:38 SiyasətXəbər verdiyimiz kimi, sosial şəbəkələrdə kommunist ideologiyasının təbliğinə dair SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərən bir qrup şəxsin videogörüntüləri yayılıb.
Azərbaycan polisi tərəfindən keçirilən tədbirlərlə təşkilatçı şəxslər Abdulla İbrahimli, İbrahim Əsədli və yürüşdə iştirak etmiş digər şəxslər müəyyən olunaraq saxlanılıblar.
Lent.az saxlanılanlardan Abdulla İbrahimli haqqında məlumat əldə edib.
Məlumata görə, Abdulla İbrahimli əvvəllər jurnalist fəaliyyəti ilə məşğul olub və Abdulla İsmayıloğlu imzası ilə tanınıb.
O, daha çox idman jurnalisti kimi fəaliyyət göstərib.
Abdulla İsmayıloğlu "Futbol+" qəzetində və "sport24.az" saytları ilə də əməkdaşlıq edib.
Bir müddət əvvəl Peşəkar Futbol Liqası Abdulla İsmayıloğlunun akkreditasiyasını ləğv edibmiş.