Ermənistan XİN: Sülh sazişinin qəti imzalanma tarixi yoxdur, delimitasiya işləri davam edir – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistan xarici işlər nazirinin müavini Mnaçakan Safaryan jurnalistlər üçün keçirdiyi brifinqdə Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması ilə bağlı qəti bir tarixin olmadığını bildirib.

"Armenpress"in məlumatına görə, nazir müavini tərəflər arasında kontaktların davam etdiyini qeyd edib.
Safaryan delimitasiya prosesinə toxunaraq, işlərin iki ölkənin delimitasiya komissiyalarının rəhbərləri səviyyəsində həyata keçirildiyini bildirib və prosesdə baş verən bütün irəliləyişlərin informasiya mesajları vasitəsilə yayıldığını vurğulayıb.
O, işlərin dayanmadığını qeyd edib.

Jurnalistlərin Sünikdə delimitasiyanın davam edib-etməyəcəyi ilə bağlı sualına Safaryan, hər hansı bir inkişaf olarsa, mütləq məlumat veriləcəyini cavablandırıb. Sülh sazişinin mümkün imzalanma tarixləri barədə isə nazir müavini dəqiq tarix deyə bilməyəcəyini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31