Zəngəzurda sərhəd dəyişikliyi olacaq? – İrəvandan açıqlama
13:38 Siyasət"Sülh prosesi normal şəkildə davam edir. Böyük ümidlərimiz var ki, gələcəkdə razılaşma imzalanacaq".
Olaylar.az xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan deyib.
Onun sözlərinə görə, sülh müqaviləsinin nə vaxt imzalanacağı hələ dəqiqləşməyib:
"Demarkasiya prosesinə gəlincə, burada işlər davam edir. Sərhədin demarkasiyası prosesinin Zəngəzurda aparılıb-aparılmayacağı ilə bağlı fikir söyləmək hələ ki tezdir".
Nazir müavini qeyd edib ki, sərhədin demarkasiyası prosesi yubanmır, mütəmadi olaraq işlər aparılır. (Globalinfo)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31