SSRİ bayrağı qaldıranları kim maliyələşdirib?- ÖZƏL
13:24 SiyasətMəlumdur ki, artıq bir neçə ay idi ki sosial şəbəkələrdə kommunist ideologiyasının təbliğinə dair SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərən bir qrup şəxsin videogörüntüləri yayılmışdı. Daha doğrusu həmin bir qrup şəxsin özləri tərəfindən müntəzəm olaraq videogörüntülər paylaşılırdı və çağırışlar edilirdi. Yayılan məlumata görə Bakıda bir neçə dəfə SSR bayrağı qaldıraraq çağırışlar edən şəxslər həbs edilib. Məlumatda bildirilir ki, ilkin istintaqla həmin şəxslərin başqa bir dövlətin dəstəyi və ayırdığı maliyyə hesabına ofis icarəyə götürərək qrup halında fəaliyyət göstərməsi və vaxtaşırı toplantılar həyata keçirməsi müəyyən olunub.
Politoloq Zaur Məmmədov "Olaylar"a bildirib ki, maraqlı məqam elə bundadır - "başqa bir dövlətin dəstəyi və ayırdığı maliyyə hesabına" ifadəsi: "Hansı dövlət Azərbaycanda SSRİ və kommunist ideologiyasının təbliğində maraqlı ola bilər? Hazırda mediada müzakirə olunan 2013-cü il "Milyarderlər İttifaqı" ilə müxalifətin təmsil olunduğu "Milli Şura" arasında sıx əlaqələr məsələsini, həmçinin bir müddət əvvəl Azərbaycanla Rusiya arasında müşahidə olunan siyasi böhranı da nəzərə alsaq, burada söhbətin hansı dövlətdən getdiyi heç bir şübhə doğurmur.
Başqa bir məqam həmin qrupun kim tərəfindən və necə maliyyələşdirilməsi məsələsidir. Artıq heç kimə sirr deyil ki, dövlətə xəyanət, hakimiyyəti ələ keçirmək kimi ağır ittihamlarlarla barəsində həbs qərarı verilmiş Ramiz Mehdiyev Rusiyanın Azərbaycandakı "beşinci kolonu"nun başında dayanan, vaxtilə yaradılmış "Milyarderlər İttifaqı" ilə müxalifətin birləşdiyi "Milli Şura" arasında əlaqələri tənzimləyən şəxsdir. Buna görə də Mehdiyevin Azərbaycanda dövlət çevrilişi ssenarisini nəzərdə tutan məktubunun ələ keçirilməsi və ictimailəşdirilməsindən sonra onun Rusiyanın adamı olması və bu ölkənin Azərbaycanla bağlı planlarında aparıcı rolu, o cümlədən onun SSRİ-ni təbliğ edən və digər qrupların fəaliyyətini əlaqələndirməsi və maliyyələşdirilməsi tam real görünür".