Tatoyandan Paşinyanı " şeytanladı" – ÖZƏL

Olaylar.az xəbər verir ki, "Vəhdət Qanadları" hərəkatının rəhbəri Arman Tatoyan noyabrın 26-da keçirdiyi mətbuat konfransında Azərbaycanla sülh sazişini imzalamağa hazır olduğunu, lakin bunu yalnız Azərbaycan Prezidenti İlham Əliyevdən sonra edəcəyini bildirib.

Tatoyan sazişin nə verdiyini anlamağın vacibliyini vurğulayıb. 
O xatırladıb ki, Əliyev ABŞ prezidenti ilə görüşdən dərhal sonra "Ermənistan Konstitusiyasını dəyişməlidir" deyib, halbuki sazişdə "tərəflər bir-birinin işlərinə qarışmır" yazılıb.

"Mən Azərbaycanın tələbi ilə Konstitusiyanı dəyişməyəcəyəm," - deyən Tatoyan, Bakının "paraflanmış sənədin müddəalarına əməl etməməsinə" dair bir neçə misal gətirib.

Tatoyanın fikrincə, "Tramp Yolu" layihəsi əsl sülh sazişi adlandırılan sənəddən daha çox sülh müqaviləsidir. O, ABŞ kimi güclü bir dövlətin vasitəçiliyindən Ermənistanın maraqları naminə istifadə edilməli olduğunu qeyd edib.

Tatoyan həmçinin vurğulayıb: "Paşinyan Bakının tələblərinə cavab olaraq ABŞ-nin vasitəçiliyini tamamilə yox edir. Amerikalı həmkarlarımız bilməlidirlər ki, Paşinyan onların vasitəçilik səylərini sıfırlayır."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31