Heç bir qüvvə müstəqilliyimizə kölgə sala bilməz- ÖZƏL

"Azərbaycan Respublikasının dövlət müstəqilliyi xalqımızın iradəsi ilə bərpa edilmişdir və bu müstəqillik əbədi olub və olacaqdır. Ölkəmizin suverenliyinə, dövlətçilik prinsip və dəyərlərinə qarşı yönəlmiş hər hansı ideoloji çağırış, xüsusilə sovet rejiminin simvollarının təbliği qəti şəkildə qəbuledilməzdir". Bunu "Olaylar"a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib: "Bu gün baş verən SSRİ bayrağı altında yürüş etməyə cəhd göstərən şəxslərin fəaliyyəti dövlətçiliyimizə, tariximizin ağrılı səhifələrinə və müstəqillik uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsinə hörmətsizlikdir və Azərbaycan dövləti bu kimi hallara heç vaxt göz yummayacaqdır.
Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları ictimai sabitliyi və konstitusiya quruluşunu hədəfə alan hər bir cəhdin qarşısını almaqda davam edəcəkdir. Bu torpaq üzərində heç bir qüvvə müstəqilliyimizə kölgə sala bilməz. Müstəqilliyimiz əbədi və sarsılmazdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31