Avstriya parlamentində Azərbaycan və Türkiyə üzrə vahid işçi qrup yaradılıb- ÖZƏL

Avstriya parlamentində ilk dəfə Azərbaycan və Türkiyə parlamentləri ilə iş üzrə vahid işçi qrup yaradılıb.  "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Mirkişili deyib: "Azərbaycan və Türkiyənin Şərq və Qərb arasında, Orta Dəhlizdə vahid iqtisadi siyasət həyata keçirməsi Avstriyanı bu iki qardaş ölkə ilə vahid dostluq siyasəti həyata keçirməyə təşfiq edib. Maraqlı təcrübədir. Avstriya parlamentariləri ilə Azərbaycan və Türkiyə parlamentariləri arasında aparılan müzakiələr də bu formatın uğurlu olmasını vəd edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31