Türkiyə bu xəbərlə çalxalanır: Atatürk etiraz etmişdi, 100 il sonra icazə verildi – Sirli ayin

Roma Papası XIV Leonun noyabrın 27-də Türkiyəyə gözlənilən səfərinin detalları məlum olub. 

Olaylar.az xəbər verir ki, Papanın səfərin ilk günü Ankaraya getməsi nəzərdə tutulub.

O, burada Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün məzarını ziyarət edəcək. Daha sonra Prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Ardınca İstanbula gedəcək və gecəni orada keçirəcək.

Papa ertəsi gün İstanbulda yerləşən Müqəddəs Ruh Kafedralında yepiskop və rahiblərlə iclas edəcək. Bundan sonra "Fransız Fakirhanesi" qocalar evinə gedəcək. Noyabrın 28-i günorta saat 14:00-da İznikə yola düşəcək.

Papa XIV Leo antik Müqəddəs Niftos Bazilikasının arexoloji qazıntılarının yaxınlığında xüsusi ayin keçirəcək.

Daha sonra təkrar İstanbula qayıdacaq. Noyabrın 29-u səhər saatlarında Sultan Əhməd məscidinə gedəcək. Ardınca Müqəddəs Corc Patrik kilsəsində xüsusi iclas keçirəcək. Son olaraq isə Volkswagen Arenada böyük bir ayin təşkil olunacaq. 

Qeyd edək ki, bu, yeni Papanın ilk xarici səfəri olacaq. Sözügedən səfərlə bağlı xəbərlər aylar öncə yayılsa da, Türkiyə ictimaiyyətində birmənalı qarşılanmayıb. Məlumata görə, bundan öncə Cümhuriyyətin ilk illərində o zamanı Papanın da İznikə səfəri üçün Atatürkə icazə məktubu göndərilib, lakin o, bunu rədd edib. Daha sonrakı illərdə də Türkiyə hökumətinə belə bir səfər üçün müraciət edilsə də, yenə icazə verilməyib. Lakin hazırda belə bir səfərə və böyük ayinə şəraitin yaradılması xalq arasında rezonans doğurub. İnsanlar bunun Türkiyə üçün yaxşı nəticələnməyəcəyini düşünürlər. Hətta bir müddət əvvəl səfərin qarşısının alınması üçün sosial şəbəkələrdə etiraz aksiyası başladılmışdı. (Globalinfo)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31