Rusiya-Ukrayna birbaşa danışıqları İstanbulda keçirilə bilər – Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna və Rusiya arasında birbaşa danışıqların İstanbulda aparılmasını təklif edib.

Bu barədə Ərdoğan "İstəklilər Koalisiyası"nın iclasında danışıb.

"Tərəflər arasında birbaşa danışıqlar İstanbulda baş tuta bilər. Türkiyə bu məqsədlə Ukrayna və Rusiya ilə əlaqə saxlayır", - Ərdoğan bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31