TDT ölkələri QHT-lərinin Platforması təsis olundu

Naxçıvan şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin QHT-lərinin Platforması təsis olunub.

Bu barədə qərar TDT ölkələri qeyri-hökumət təşkilatlarının Naxçıvanda keçirilən Həmrəylik Forumunda qəbul edilib.

Milli Məclisin deputatı Azər Allahverənov Platformanın sədri seçilib.

Platformada TDT üzvü olan və təşkilatda müşahidəçi qismində iştirak edən 8 ölkənin QHT-ləri təmsil olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31