Bu Forum Azərbaycan QHT sektorunun potensialını nümayiş etdirdi- ÖZƏL

"Hazırda türk coğrafiyasının inteqrasiyasında Azərbaycan mərkəz nöqtəsi kimi çıxış edir və vətəndaş cəmiyyətlərini bir araya gətirən də məhz Bakı oldu. Bakıda, əzəmətli Gülüstan sarayında Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrinin QHT-lərinin Həmrəylik Forumu keçirildi. Prezident İlham Əliyev forum iştirakçılarına müraciət ünvanladı: "Türk dövlətlərinin artan potensialı və qlobal müstəvidə gündən-günə güclənən mövqeyi daha iddialı məqsədlərin qarşıya qoyulmasını, birgə səylərin artırılmasını, bütün sahələrdə əməkdaşlığın dərinləşdirilməsini, çevik mexanizmlərin yaradılmasını zəruri edir". "Olaylar" xəbər verir ki, bunu siyasi şərhçi Zaur İbrahimli deyib: "TDT-nin bir çox ambisiyalı layihələri ölkəmizlə, habelə Prezident İlham Əliyevin strateji baxışı və onun liderliyi ilə əlaqəlidir. Aparılan müzakirələrə əsasən demək olar ki, təşkilata üzv, həmçinin müşahidəçi ölkələrin də vətəndaş cəmiyyətləri sıx inteqrasiya layihələrinə tam hazırdırlar. Azərbaycan bu təşəbbüsə imza atmaqla bir daha türk coğrafiyasında inteqrasiya proseslərində lider rolunu qoruyub-saxladığını nümayiş etdirdi.
Forum çərçivəsində Naxçıvanda TDT QHT Platforması təsis olunacaq. Beləlikə, TDT üzvü ölkələrin QHT sektoru arasında əməkdaşlığın institusional mexanizmi  yaradılacaq. Həm beynəlxalq arenada birgə fəaliyyət daha da intensivləşəcək, həm də birgə layihələrlə ortaq problemlərin həllinə töhfə veriləcək. Təcrübə mübadiləsi, çoxtərəfli əməkdaşlıq həm yeni innovasiyalar yaradacaq, həm də TDT-nin qarşıya qoyduğu məqsədlərə çatmasına xidmət edəcək. Bu Forum bir daha Azərbaycan QHT sektorunun potensialını, güclənən mövqeyini, həmçinin QHT sektorunun inkişafı siyasətinin uğurlarını nümayiş etdirdi. Bu siyasəti icra edən qurumların, rəhbər şəxslərin uğurlu fəaliyyətini də sərgilədi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31