Yeni dalga gəlir...- ÖZƏL

"Milli Məclisdə internetdə qadağan edilən məlumatların dairəsini daha da genişləndirmək təşəbbüsü müzakirə edilir. Layihədə "ictimai mənəviyyat" və "milli dəyərlər" kimi subyektiv anlayışlara əsaslanaraq müəyyən məzmunların tamamilə qadağan edilməsi nəzərdə tutulur". "Olaylar" xəbər verir ki, bunu təhsil məslələri üzrə ekspert Məzahir Məmmədli deyib: "Bu isə sərbəst ifadə imkanlarının məhdudlaşdırılması ilə bağlı suallar yaradır. İnternet mühitinin tənzimlənməsi vacib olsa da, hər bir qərarın şəffaf, konkret meyarlara əsaslanan və söz azadlığını məhdudlaşdırmayan çərçivədə olması cəmiyyət üçün daha sağlam yanaşma olardı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31