Ermənistan Ombudsmanı Azərbaycanda həbs olunan erməni cinayətkarların "hüquqlarını" qaldırıb – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistanın İnsan Hüquqları Müdafiəçisi Anahit Manasyan İrəvanda ATƏT-in Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Luis Qrass ilə görüşüb. Görüş zamanı Azərbaycanda guya özbaşına həbs olunan ermənilərlə bağlı proseslərin insan hüquqlarına riayət edilməsi baxımından şübhə doğurduğunu bildirib.

Ombudsmanın toxunduğu digər məsələlər arasında  Qarabağdan məcburi köçkün düşmüş vətəndaşların hüquqlarının müdafiəsi, cinayət prosesləri çərçivəsində onların hüquq təminatlarına riayət edilməsi və həbs qətimkan tədbirinin tətbiqinin qanunilik meyarları olub.
Tərəflər həmçinin insan hüquqlarının müdafiəsi və təşviqi sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.

Xəbərdə qeyd olunur ki, Azərbaycanda yanvarın 17-dən etibarən "Artsaxın hərbi-siyasi rəhbərliyinin nümayəndələrinə" və digər erməni əsirlərinə qarşı cinayət işi üzrə məhkəmə prosesi gedir. Təqsirləndirilənlər arasında Qarabağın keçmiş prezidentləri Arkadi Qukasyan, Bako Saakyan, Arayik Arutyunyan, keçmiş dövlət naziri Ruben Vardanyan və digər rəsmilər var. Ruben Vardanyanla bağlı işin materialları ayrılıqda araşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31