Əraqçi Parisdə Fransa XİN rəhbəri ilə danışıqlar aparacaq
07:29 Siyasətİranın xarici işlər naziri Abbas Əraqçi bu həftə Parisə səfər edərək Fransanın xarici işlər naziri Jan-Noel Barro ilə görüşəcək.
Teleqraf xəbər verir ki, bu barədə İran XİN-in sözçüsü Əsmail Baqai məlumat verib.
Onun sözlərinə görə, səfər fransız tərəfinin dəvəti ilə həyata keçirilir və danışıqların gündəliyinə yalnız ikitərəfli münasibətlər, o cümlədən məhbusların mübadiləsi məsələsi daxildir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31