Mersdən sərt mesaj: “Avropanın maraqları nəzərə alınmadan Ukrayna üçün heç bir sülh planı ola bilməz”
06:40 SiyasətMusavat.com xəbər verir ki, Almaniya kansleri Fridrix Mers Ukrayna ilə bağlı mümkün sülh təşəbbüslərinə münasibətdə kəskin mövqe ortaya qoyub. O bildirib ki, Avropanın suverenliyi və strateji maraqları nəzərə alınmadan heç bir sülh planı qəbul edilə bilməz.
Mers vurğulayıb ki, Avropa qitəsinin təhlükəsizliyinə birbaşa təsir edən məsələlərdə "son sözü məhz Avropa deməlidir" və heç bir beynəlxalq təşəbbüs bu prinsipi arxa plana ata bilməz.
Kanslerin sözlərinə görə, Berlin Ukrayna istiqamətində aparılan bütün danışıqlarda vahid Avropa mövqeyinin qorunmasını prioritet sayır və mövcud proseslərin məhz bu çərçivədə davam etdirilməsinin tərəfdarıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31