Azərbaycan–Türkiyə Beyin Mərkəzləri Şuşada: güclənən strateji ortaqlığın istiqamətləri- ÖZƏL

Şuşada Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan-Türkiyə Beyin Mərkəzlərinin Birinci Şuşa Forumu keçirilir. Tədbirdə iki ölkənin aparıcı analitik qurumlarının rəhbərləri və tədqiqatçılar iştirak edir. Forumda regional təhlükəsizlik, xarici siyasət, nəqliyyat-kommunikasiya, enerji və iqtisadi inteqrasiya kimi mövzular müzakirə olunur. Əsas diqqət Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin yeni regional reallıqlar fonunda institusional gücləndirilməsinə yönəlib. 
Bu forum Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin gələcək istiqamətlərinə hansı real təsirləri göstərə bilər? TDT çərçivəsində inteqrasiyanın dərinləşməsi regionun təhlükəsizlik arxitekturasına necə təsir edəcək?



Mövzu ilə bağlı mövzu ilə bağlı "Müasir İnkişaf" İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü Olaylar.az-a açıqlama verib:

"Düşünürəm ki, bu forumun keçirilməsi olduqca faydalıdır. Azərbaycan-Türkiyə, Azərbaycan ilə digər türk dövlətlər arasında, Türkiyənin digər türk dövlətlər arasında, ümumilikdə türk dövlətlər arasında müxtəlif bu cür formatlı tədbirlər, forumlar, görüşlər, konfranslar, seminarlar və layihələr keçirilir. Bu, türk dövlətlərinin təşkilatı daxilində türk xalqlarının inteqrasiyasına çox ciddi təsir edir.
Beyin Mərkəzlərinin toplantısı da analtiklərin,  araşdırmacıların, strateqlərin bir araya gəlməsi deməkdir. Bu növbəti mərhələ üçün dövlətlərin, xalqların hansı istiqamətdə daha real nəticələr əldə edə biləcəyinin müzakirələrdə nəticələri ortaya çıxır. Analitiklər bu barədə məlumatlıdır.
Bu görüşlərin nəticəsində dövlətlər üçün, siyasətçilər üçün, xalqlar üçün təkliflər və çıxışlar etmək mümkündür və bu da çox faydalıdır. Bir növ gələcək yol xəritəsi hazırlanır, təqdim olunur və gələcəkdə bu tədbirlərin davamlı olmasını arzu edirəm.
Düşünürəm ki, türk dövlətlərinin rəhbərləri müzakirələr apararkən çox önəmli qərarlar qəbul edirlər. Qəbul edilən qərarlar üzrə müxtəlif sahələrin adamları - beyin mərkəzləri, qeyri-hökumət təşkilatları, jurnalistlər, elm və təhsil sahəsinin nümayəndələri, satıcılar və s. müzakirələr aparırlar. Müxtəlif istiqamətlər üzrə sahənin mütəxəssisləri və aidiyyəti qurumların iştirakı dövlət başçılarının siyasətinin daha da genişlənməsinə və inteqrasiyanın güclənməsinə gətirib çıxaran ən mühüm amildir". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31