Azərbaycan əsgəri tarixi bir missiyanı yerinə yetirdi- ÖZƏL
15:50 Siyasət"BMT Təhlükəsizlik Şurasının 30 aprel 1993-cü il tarixli 822 saylı Qətnaməsi Kəlbəcərin işğalı ilə bağlı idi. Qətnamədə işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın bütün digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunurdu. Çıxarıldımı? Xeyr. Əksinə, BMT qətnamələrinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanıldı.
"Azərbaycan öz torpaqlarını düşmən işğalından azad etmək üçün mümkün olan mübarizəni apardı. Amma təəssüflər olsun ki, ATƏT-in Minsk qrupu prosesi uzatmaqla Ermənistana böyük meydan verdi. Ali Baş Komandan İlham Əliyevin sözləri ilə desək ATƏT-in Minsk qrupunu təşkil edən hər üç dövlət Ermənistanın nəfinə çox çalışdılar. Azərbaycan əmin oldu ki, işğal altında olan torpaqlarını özü azad etməli, erməni təcavüzünə özü son qoymalı, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələri özü həyata keçirməlidir. Elə də oldu". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Anar İskəndərov deyib: "2020-ci ilin sentyabrında Azərbaycan əsgəri tarixi bir missiyanı öz üzərinə götürdü. Bir milyon qaçqın və köçkünü öz doğma torpaqlarına qaytarmaq, minlərlə şəhidin intiqamını almaq, təhqir edilmiş dini məbədlərimizi, dağıdılmış tarixi və mədəniyyət abidələrimizi, yerlə yeksan edilən şəhər və kəndlərimizi qaytarmaq üçün Azərbaycan əsgəri 17 il əmrində qaldığı Ali Baş Komandanından gözlədiyini aldı: Vətən Müharibəsi başladı. Əsgər də ilk həmlləri ilə düşməni lərzəyə saldı. Ermənilərin 30 il ərzində qurduqları müdafiə xətlərini darmadağın etdi və 44 gün ərzində istədiyinə nail oldu.

44 gün ərzində əsgər səngərdə düşmənlə, Ali Baş Komandan isə Bakıda Ermənistanın müdafiəsinə gələn tərəflə vuruşdu. Ali Baş Komandanın qətiyyəti və 17 il ərzində yetişdirdiyi əsgəri bu müharibənin qalibi oldular. Çünki Azərbaycan tərəfi öz torpağı, öz vətəni üçün vuruşurdu. Müstəqil Azərbaycanın taleyi həll olunurdu. Tarixdə heç vaxt bu qədər azərbaycanlı intizarda qalmamışdı. Əli silah tutan cəbhədə, yaşlı, qoca, ağbirçəklərin əlləri göydə dua edirdilər. Allah da dualarımızı eşitdi. Dünənə qədər bizə meydan oxuyan düşmən aman dilədi, yalvardı və danışıqsız təslim oldu".