Niyə Tramp Ukraynanın qələbəsinin əleyhinədir?- ÖZƏL

ABŞ prezidenti Donald Trumpın hal-hazırda Rusiya Ukrayna müharibəsinin dayandırılması üçün irəli sürdüyü sülh planı ətrafında gedən müzakirələr fonunda ən çox verilən sual bundan ibarətdir.  Niyə görə ABŞ Ukraynanın qələbəsini istəmir? Siyasi şərhçi Vüqar Dadaşov "Olaylar"a bildirib ki, bunun bir neçə səbəb var: "Səbəblərdən biri ondan ibarətdir ki, Ukrayna uğur qazanarsa, ABŞ-ın Avropa İttifaqına təsiri azalacaq. Həmçinin, Ukraynanın elmi-texniki və insan resurslarını   nəzərə alsaq, Ukraynanın Avropanın yeni güc mərkəzinə çevrilməsi gözləniləndir. ABŞ nəinki, Ukraynanın, bütünlüklə Avropanın güclənməsində qəti maraqlı deyil. Yəni, ABŞ Avropanı öz təsir dairəsində saxlamaq üçün, zəif Avropa daimi Rusiya təhlükəsini hiss etməlidir. Bu ABŞ - ın qlobal güc statusunu, və iqtisadi gəlirlərini təmin etməyə imkan verir. 

Ötən gün Donald Tramp sosial şəbəkədə Avropa liderlərini ayağının altına alan və özünü imperator formasında yenidən bir paylaşım etməsi həmin qənaətin bir subutu kimi təqdim etmək olar. Rusiyanın məğlubiyyəti və Çin faktoru da əsas şərtlərdəndir. Əlbəttə ki, Rusiyanın Ukrayna qarşıslnda məğlubiyyəti həm də Çinin daha da güclənməsini sürətləndirəcək. Çin həm ərazicə, həm də Rusiyanın təbii ehtiyatları ilə öz gücünü əhəmiyyətli dərəcədə artıra bilər. Məlumdur ki, Çin artıq Rusiyanın daxilinə nüfuz edib, miqrasiya - "sülh ekspansiyası"  və iqtisadi ilə və Rusiyanın məğlubiyyəti fonunda Çinin də bu savaşdan daha xeyirli çıxacağı tam  gözləniləndir. Məhz bu səbəbdəndir ki, Çin Ukrayna müharibəsinin davamında maraqlıdır və hər bir növ Rusiyaya yardımını davam etdirir. Bu səbəbdən də rəqabətdə olduğu real rəqibi Çinlə qlobal mübarizəsində Çinə yeni şanslar vermək niyyətində deyil.
Donald Tramp niyə Ukraynanın, Zelenskinin qələbəsini istəmir? Burada həm də şəxsi münasibətlər təsirlidir. Artıq gizli deyil ki, Tramp Zelenskiyə Putin qədər nifrət edir. Digər sual doğuran məqam isə Donald Trampın Rusiya ilə şübhə yaradan keçmiş əlaqələri də müzakirə edilir. Trampın sonuncu təklif etdiyi sülh sazişi bütün tezisləri əvvəllər rəsmi Moskvanın təklif etdiyi atəşkəs şərtləri ilə eynilik təşkil edir. Təkcə bu fakt, Trampın Ukraynanın məğlub edilməsinə çalışmasının doğurduğu sualları cavabsız saxlayır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31