Şanlı qələbəmizi gözdən salmaq istəyənlər fəaliyyətlərini davam etdirirlər- ÖZƏL
14:45 Siyasət"Kəlbəcərin ermənilərdən boşaldılması zamanı erməni vandalizminin əyani şahidi olduq. Kəlbəcərdə qeyri-qanuni məskunlaşmış ermənilər buranı tərk edərkən barbar davranışları ilə yadda qaldılar. Azərbaycanlılara qalmaması üçün evlərə, bağlara od vuranlar öz vəhşi xislətlərini nümayiş etdirdilər". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib: "Beynəlxalq ictimaiyyətin gözü qarşısında baş verən bu vəhşiliklər bir daha erməni vandalizmini dünya birliyinə nümayiş etdirdi. İşğal olunmuş ərazilərdə ekologiyaya ziyan vurulması və mülki obyektlərin dağıdılması beynəlxalq konvensiyalara görə hərbi cinayət sayılır.
Hazırda işğaldan azad edilmiş ərazilərimizdə böyük quruculuq işləri həyata keçirilir. Bu işlər xalqımızda nə qədər qürur hissi doğursa da, Ermənistana havadarlıq edən xarici qüvvələrin və onların daxilimizdəki əlaltıları olan radikal müxalifəti məyus edir. Vətən müharibəsində şanlı qələbəmizi gözdən salmaq istəyən radikallar hazırda da bu tipli fəaliyyətlərini davam etdirirlər. Əslində isə onlar bu addımları ilə Azərbaycanın düşmənlərinə xidmət edirlər. Lakin belə cəhdlər həmişə olduğu kimi iflasa məhkumdur".