Trampın təklifi dayanıqlı sülhə xidmət etmir- ÖZƏL
14:15 Siyasət"ABŞ prezidenti Donald Trampın təklif etdiyi 28 bəndlik sülh planı heç bir tərəfi qane etmir". "Olaylar" xəbər verir ki, bunu siyasi şərhçi Mürtəza Bünyadlı deyib: "Sənəd Ukraynanın ərazi bütövlüyünün itirilməsi deməkdir ki, Kiyevə də bununla barışması həyati və ölüm-dirim məsələsidir. Ukraynanın ərazi itkisi dayanıqlı sülh demək deyil. Kiyevin belə bir sənədlə hesablaşması təkcə Ukrayna üçün deyil, Moskvanın yenidən revanşına yol açması və yeni qlobal geosiyasi reallığın yaranmasına gətirib çıxara bilər ki. bu nəinki Ukrayna və Avropaya, o cümlədən post-sovet ölkələri üçün də təhdidlər yaradır. Bu həm də ABŞ-ın strateji maraqları üçün təhdiddir.
Amma münaqişənin dondurulmasının üstün cəhətləri də var. Belə ki, Ukrayna yenidən özünü bərpa edib gücləndirmək üçün imkanlar əldə edir. Təklif olunan plana uyğun olaraq bərpa investisiyaları üçün 100 mlrd dollar nəzərdə tutulur. Ukrayna bunu həm də fürsətə çevirə bilər. Nəticə olaraq Trampın bu planını Rusiya-Ukrayna müharibəsində dayanıqlı sülhə deyil, əslində yaxın perspektivdəki hədəfləri reallaşdırmağa xidmət edir".