Ukrayna prezidenti Trampın "sülh planını" qəbul etmədi
13:18 Siyasət"Ukrayna prezidenti V. Zelenski D. Trampın kapitulyasiya aktı olan "sülh planın" qəbul etmədiyini xalqa müraciətində qeyd etdi". Olaylar xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib: "Volodimir Zelenski 2019-cu il prezident seçkilərində ölkənin suverenliyini və təhlükəsizliyini qoruyacağına and içmişdi. Əgər Donald Trampın şərtini qəbul edərsə, andını pozacaq. Ukraynanın ərazi bütövlüyü və suverenliyi pozulacaq. Qəbul etməsə, müharibə və soyuq qış. V. Zelenski çıxışında 2019-cu ildə verdiyi sözün üstündə duracağını vurğuladı.
Böyük Britaniya, Fransa və Almaniya olmaqla Avropa V. Zelenskini dəstəkələyir. Ukrayna müharibəsi Zelenskinin müharibəsi deyilki, əraziləri Rusiyaya güzəştə getsin".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31