Böyük Zəfər tariximizə qızıl hərflərlə yazıldı
12:05 Siyasət"Millətimizin başlıca məqsədi olan ölkəmizdə güclü dövlətin qurulması, işğal altındakı ərazilərimizin düşmən tapdağından azad, uzun əsrlər boyu sırıdılmış problemin birdəfəlik həll edilməsi, Azərbaycanın bədənindəki qara yaranın, separatçılığın kökündən kəsilib atılması, üstündəki ləkənin silinməsi, dövlət suverenliyimizin tam bərqərar edilməsi ilə millətimizin başlıca hədəfinə çatdırılması və yeni milli ideyanın müəyyənləşdirilməsi əsası ulu öndər Heydər Əliyev tərəfindən qədim yurdumuz Naxçıvanda 1992-ci il noyabrın 21-də qoyulmuş, bu gün cənab Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyasının hakimiyyəti illərində oldu". Olaylar xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Musa Qasımlı deyib: "Böyük Zəfər minilliklər tariximizin ən böyük qələbəsi kimi qızıl hərflərlə yazıldı. Qalib millət doğuldu.
Ötən illərin təcrübəsi dövlətimizin və millətimizin həyatında şəxsiyyət amilinin nə qədər böyük rol oynadığını bir daha sübut edir. Tarix boyu millətini qələbəyə gətirən lider həmişə başı uca və yenilməz olub!"