Deputatlarımız QDİƏT PA-nın iclasına qatılacaqlar

Milli Məclisin deputatları - Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasında (QDİƏT PA) nümayəndə heyətimizin rəhbəri Eldar Quliyev, üzvləri Musa Quliyev, Eldar İbrahimov və Səbinə Salmanova bu təşkilatın Baş Assambleyasının 66-cı plenar iclasında iştirak etmək üçün noyabrın 22-də Bolqarıstan Respublikasının Sofiya şəhərinə səfər edəcəklər.
İclas çərçivəsində "Avropa İttifaqı və digər beynəlxalq regional təşkilatlarla əməkdaşlıq" mövzusunda müzakirələr aparılacaq, təşkilatın bir sıra komitələrinin  fəaliyyətinə dair məruzələr  dinləniləcək.
Səfər noyabrın 26-da başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31