Uğurların zirvəsində Azərbaycanın tarixi Zəfəri dayanır- ÖZƏL
15:23 Siyasət"Ulu Öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası şərəfli inkişaf yolu keçib. YAP-ın bu gün beynəlxalq aləmdə nüfuzlu siyasi təşkilatlardan birinə çevrilməsi Ümummilli Liderin uzaqgörən siyasətinin nəticəsidir". "Olaylar" xəbər verir ki, bunu YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov deyib: "Prezident İlham Əliyevin rəhbərliyi ilə partiya yeni-yeni nailiyyətlər əldə edir və bu uğurların zirvəsində Azərbaycanın tarixi Zəfəri dayanır. Yeni Azərbaycan Partiyası Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, müstəqilliyimizin dönməzliyinin təmin olunmasında həlledici rol oynayıb. 2020-ci ildə əldə olunmuş şanlı Zəfər və 2023-cü ildə suverenliyin tam bərpası xalq-iqtidar birliyinin, Prezident İlham Əliyevin milli maraqlara əsaslanan siyasətinin nəticəsidir. Yeni Azərbaycan Partiyası müstəqil dövlətimizin dünəninə, bu gününə və gələcəyinə xidmət edən alternativsiz siyasi qüvvədir".