YAP ölkənin ictimai-siyasi həyatına yeni nəfəs gətirib- ÖZƏL

"Müasir müstəqil Azərbaycanın tərəqqisi, qazanılmış möhtəşəm nailiyyətlər və formalaşmış güclü dövlətçilik ənənələri Ümummilli Lider Heydər Əliyevin ideyalarına və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kursa əsaslanır". "Olaylar" xəbər verir ki, bunu YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev deyib: "Yeni Azərbaycan Partiyası yarandığı vaxtdan ölkənin ictimai-siyasi həyatına yeni nəfəs gətirib. Mürəkkəb tarixi mərhələdə milli iradənin və lider-xalq birliyinin simvoluna çevrilib. Prezident, YAP Sədri İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın əldə etdiyi Zəfər ölkəmizi dünyanın ən nüfuzlu dövlətlərindən birinə çevirib.
Ümummilli Lider Heydər Əliyevin ideyaları və siyasi uzaqgörənliyi nəticəsində yaranan Yeni Azərbaycan Partiyası bu gün 740 mindən çox üzvü ilə ölkənin ən böyük siyasi təşkilatıdır. Partiyanın fəaliyyətinin əsas məqsədləri müstəqilliyin qorunması, ərazi bütövlüyünün bərpası, demokratik və hüquqi dövlət quruculuğu 33 il ərzində ardıcıl şəkildə reallaşdırılıb. Azərbaycanın əldə etdiyi bütün zəfərlərdə YAP-ın siyasi xəttinin xüsusi rolu var".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31