Ermənistan nümayəndə heyəti Bakıya GƏLİR
19:00 SiyasətErməni ekspertlərdən ibarət nümayəndə heyəti sabah Bakıya səfər edəcək.
Musavat.com xəbər verir ki, bu barədə "News.am" məlumat yayıb.
Məlumatda bildirilir ki, erməni ekspertlər sabah, noyabrın 21-də Bakıya yola düşəcəklər.
Ermənistan hökuməti bu gün keçirilən iclasında noyabrın 21-25-də Bakıda keçiriləcək dəyirmi masada 5 erməni ekspertin iştirakını təmin etmək üçün İrəvan-Bakı və Bakı-İrəvan çarter reyslərinin təşkili üçün 17 milyon 550 min dram ayrılması barədə qərar qəbul edib.
Qərarın əsaslandırılmasında qeyd olunur ki, dəyirmi masada iştirak Ermənistan və Azərbaycanda vətəndaş cəmiyyəti nümayəndələri arasında təmasları asanlaşdıracaq və iki ölkə cəmiyyətləri arasında etimadın gücləndirilməsi üçün mexanizmlər yaradacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31