Azad Kəlbəcər- strateji və mədəni zənginliklərimizin qaytarılması- ÖZƏL

"Kəlbəcərin azad olunması, 44 günlük savaş və qəhrəman ordumuzun Ermənistan ordusunu darmadağın etməsi nəticəsində baş verdi. Kəlbəcərin işğalı əslində Azərbaycanı 1993-cü ildə kifayət qədər çətin vəziyyətə salmışdı. İşğal Ermənistana strateji üstünlüklər verdi, belə ki, Qarabağda yaşayan ermənilər separatçı-terrorist rejim ilə birbaşa əlaqlərin yaranmasına imkan əldə etmişdilər. Kəlbəcərin işğaldan azad olunması Ermənistan üçün ciddi problemlər deməkdir. Belə ki, Azərbaycan Kəlbərəci qaytarmaqla strateji mövqe əldə etdi ".
Bu fikirləri politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlamasında söyləyib:  " Qarabağdakı separatist rejimlə əlaqələri kəsdi, strateji yüksəklikləri nəzarətə götürməklə ölkənin təhlükəsizlik sisteminə ciddi töhfə verdi. Artıq Kəlbəcərdəki bölgələrdən Ermənistan ərazisinin müəyyən hissələrini müşahidə etmək imkanlarımız var.
Bundan əlavə, Kəlbəcər çox ciddi təbii zənginliklərə malik bir bölgədir. Burada unikal təbiət, yeraltı zənginliklər, qızıl və digər faydalı qazıntılar, minerallar və termal qaynaqlar mövcuddur ki, bu da rayonun əhəmiyyətini artırır. Kəlbəcərin azad olunması həm hərbi strateji, həm iqtisadi, həm də turizm baxımından olduqca önəmlidir və gələcəkdə bölgənin böyük turizm mərkəzinə çevriləcəyi gözlənilir. Artıq bölgədə bərpa və quruculuq işləri aparılmaqla keçmiş qaçqın və köçkünlər geri qayıdır. Kəlbəcərin azad olunması Azərbaycanın sərhədlərinin təhlükəsizliyinin təmin olunmasında mühüm bir addım hesab olunur. Kəlbəcər həm də ərazisinə görə ən böyük rayonlardan biridir və burada tarixi-mədəni abidələrimiz mövcuddur. Bir sözlə, Kəlbəcərin azad olunması bizim yeni tariximizin ən şərəfli günlərindən biridir. Azərbaycan bu ərazilərin işğaldan azad edilməsi ilə bölgədə həm mövqeyini gücləndi, həm də iqtisadi, siyasi və strateji üstünlüklər əldə etdi". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31