Deputat yeni konsulluğun açılmasını təklif edib
12:23 SiyasətAzərbaycanın 93 diplomatik nümayəndəliyinin və konsulluqlarının saxlanmasına 215 milyon manat xərclənəcək. "Olaylar" xəbər verir ki, bunu deputat Rizvan Nəbiyev parlamentin bugünkü plenar iclasında "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib: "Bəzi dövlətlərdə, səfirliklə yanaşı konsulluqlarımızın da təsis olunması nəzərdən keçirilə bilər. Məsələn, həm regionlarla birbaşa iqtisadi əlaqələri gücləndirmək, həm də daha operativ konsulluq xidməti göstərmək üçün Almaniyanın güclü sənaye potensialı olan federal vilayətlərində baş konsulluğumuzun açılması məsələsinə baxıla bilər.
Büdcə layihəsində 549 milyon manat beynəlxalq münasibətlərlə əlaqəli fəaliyyətlərə ayrılmışdır. Bu vəsait Azərbaycanın beynəlxalq mövqeyinin daha da möhkəmləndirilməsi üçün maliyyə təminatıdır. Prezident İlham Əliyevin xarici siyasət kursunun həyata keçirilməsində Milli Məclisin aktiv parlament diplomatiyasının da töhfələrini qeyd etmək istərdim".