İlham Əliyev YAP-ın ideallarının müzəffər davamçısıdır- ÖZƏL

"Müasir dövrdə siyasi partiya ətrafında artan diskussiyalar siyasi sistemin yeni mürəkkəb mərhələyə qədəm qoyduğunu göstərir. Bu mərhələdə daha da aydın dərk edilir ki, siyasi hakimiyyət artıq ictimai dəstək və seçkilər olmadan ictimaiyyət üzərində həyata keçirilə bilməz. Bir çox hallarda suverenlik xalqa məxsusdur. Xalq suverenliyi müasir siyasi inkişafın əsas göstəricilərindən biridir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Azər Badamov deyib: "Ulu Öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası da ümumxalq partiyasıdır. Ona görə ki, məhz xalqın təkidli tələbi ilə hakimiyyətə çağırılan Heydər Əliyev sadəcə öz siyasi həmfikirlərini deyil, bütün xalqı mütəşəkkil qaydada ətrafında formalaşdırmağı bacardı. Heydər Əliyevə müraciət edən "91-lər" idi, lakin onların müraciəti kimi daxil olmuş sənəd əslində, bütün Azərbaycan xalqının istəklərinin ifadəsi idi. 21 noyabr 1992-ci il tarixində Yeni Azərbaycan Partiyasının təsis konfransının Naxçıvanda keçirilməsinə baxmayaraq bu böyük hadisə ölkəmizin bütün regionlarını təmsil etdi. İlk konfrans 550 nəfərdən ibarət olan təşəbbüs qrupunun iştirakı ilə keçirildi. YAP müxalifət partiyası kimi yaransa da, onun yaranması demokratik siyasi mədəniyyətin inkişafında yeni səhifənin açılmasına xidmət etdi. Əsası Ulu Öndərimiz tərəfindən qoyulan bu Partiya ilkin ideallara, görkəmli tarixi şəxsiyyət Heydər Əliyev dühasının siyasi mirasına bu gün də sadiqdir. Etimada sədaqətlə xidmət edən cənab İlham Əliyev Azərbaycanın hərtərəfli inkişafını təmin edərək Yeni Azərbaycan Partiyasının ideallarının müzəffər davamçısıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31