İranda Xəzəryanı ölkələrin nümayəndələrinin görüşü olub (FOTO)

İran İslam Respublikasının Gilan vilayətinin Rəşt şəhərində Xəzəryanı ölkələrin sahilyanı regionları arasında qarşılıqlı əməkdaşlığın genişləndirilməsinə həsr olunmuş görüş keçirilib.

Olaylar xəbər verir ki, tədbirdə Azərbaycan, İran, Qazaxıstan, Türkmənistan və Rusiyanın rəsmi nümayəndə heyətləri iştirak edib.

Görüşdə sahilyanı regionlar arasında ticarət, sənaye, nəqliyyat-logistika, kənd təsərrüfatı, investisiya və ekoloji sahələrdə əməkdaşlığın gücləndirilməsi məsələləri plenar iclaslarda müzakirə olunub. Tədbirdə İran İslam Respublikasının Xarici İşlər və Mədəniyyət nazirləri, eləcə də ölkənin digər dövlət qurumlarının rəsmiləri iştirak edib.

Azərbaycan nümayəndə heyətinin tərkibində sahilyanı regionları təmsil edən Lənkəran RİH başçısı Taleh Qaraşov, Neftçala RİH başçısı Mirhəsən Seyidov iştirak ediblər.

Tədbirin açılışın nitqində və xüsusi plenar sessiyada çıxışı zamanı Mirhəsən Seyidov, Xəzər dənizi regionlarımız arasında əməkdaşlığın gücləndirilməsi, sabitliyin möhkəmləndirilməsi, dayanıqlı iqtisadi inkişafın təmin olunması üçün mühüm strateji platforma olduğunu vurğulayaraq, Xəzərin üzləşdiyi qlobal ekoloji problemin həllində birgə səy göstərmək lazım olduğunu xüsusi ilə qeyd edib. Həmçinin, sahilyanı bölgələr arasında əlaqələrin genişlənməsi ticarət, turizm, nəqliyyat və ekoloji sahələrdə yeni imkanlar açır və ümumi regional rifaha xidmət etməsi ilə bağlı ətraflı məlumat verdi.

Görüş çərçivəsində Xəzəryanı regionlar arasında qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsi, nəqliyyat şəbəkələrinin genişləndirilməsi, sərmayə layihələrinin təşviqi və sahilyanı ekosistemin qorunması üzrə bir sıra praktiki təkliflər müzakirə edilib.

İclasın sonunda, Xəzəryanı ölkələrin sahilyanı regionlarının rəhbərlərinin görüşünün Kommünikesi qəbul olunub.

İranda Xəzəryanı ölkələrin nümayəndələrinin görüşü olub (FOTO)

İranda Xəzəryanı ölkələrin nümayəndələrinin görüşü olub (FOTO)
İranda Xəzəryanı ölkələrin nümayəndələrinin görüşü olub (FOTO)
İranda Xəzəryanı ölkələrin nümayəndələrinin görüşü olub (FOTO)
İranda Xəzəryanı ölkələrin nümayəndələrinin görüşü olub (FOTO)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31