YAP-ın yaradılması tənəzzülün qarşısını aldı- ÖZƏL

"Siyasi partiyalar həm dövlətin, həm də cəmiyyətin inkişafında əsas təsir mexanizmlərindən biridir. Azərbaycan üçün bu mexanizmin ən güclü nümunəsi Yeni Azərbaycan Partiyasıdır". Olaylar xəbər verir ki, bunu YAP Şuşa Rayon  Təşkilatının sədr müavini Leyla Babışova deyib: "1992-ci ilin ağır siyasi prosesləri ölkədə idarəetməni iflic etmiş, dövlət institutlarını zəiflətmişdi. Cəmiyyətdə sabitliyin pozulması, hakimiyyət böhranı və daxili parçalanma dövlətin gələcəyini təhlükə altına atırdı. Ziyalıların Ümummilli Lider Heydər Əliyevə müraciəti ilə YAP-ın yaradılması bu tənəzzülün qarşısını almaq üçün yeganə düzgün addım oldu.

Ümummilli Lider Heydər Əliyevin qəti mövqeyi və strateji baxışı Yeni Azərbaycan Partiyasının yaranmasını mümkün etdi. 21 noyabr 1992-ci ildə keçirilən təsis konfransı ilə partiyanın fəaliyyəti rəsmi şəkildə başlanıldı. YAP-ın əsas məqsədi ölkədə sabitliyi bərpa etmək, dövlətçilik ənənələrini möhkəmləndirmək və müstəqil Azərbaycan dövlətinin gələcək inkişaf strategiyasını müəyyənləşdirmək idi. 1993-cü ildə Heydər Əliyevin xalq tərəfindən Prezident seçilməsi ilə ölkədə idarəetmə böhranı aradan qalxdı və dövlət yeni inkişaf mərhələsinə qədəm qoydu.

YAP-ın rəhbərliyi altında həyata keçirilən islahatlar ölkənin iqtisadi, sosial və siyasi həyatında dönüş yaratdı. Neft strategiyasının uğurla həyata keçirilməsi Azərbaycanı regionda lider dövlətə çevirdi. Dövlətin maliyyə imkanları genişləndi, beynəlxalq əməkdaşlıq yüksəldi, sosial rifah artırıldı. Ordu quruculuğu sahəsində əldə edilən uğurlar Azərbaycanın təhlükəsizliyinin təmin edilməsinə və gələcək Zəfərin əsasının qoyulmasına gətirib çıxardı. YAP-ın fəaliyyəti milli birlik və dövlətçilik ideologiyasını daha da gücləndirdi.

Bu gün Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə öz siyasi irsini inkişaf etdirir. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Qələbə Prezident İlham Əliyevin qətiyyətli mövqeyinin və YAP-ın güclü siyasi xəttinin təntənəsi oldu. Azərbaycanın ərazi bütövlüyünün tam bərpası partiyanın tarixi missiyasının uğurla başa çatdığını göstərir. YAP bu gün də ölkədə gedən bütün proseslərin mərkəzində dayanaraq gələcək hədəflərə doğru irəliləməkdədir.

"1992-ci ilin ağır siyasi prosesləri ölkədə idarəetməni iflic etmiş, dövlət institutlarını zəiflətmişdi. Cəmiyyətdə sabitliyin pozulması, hakimiyyət böhranı və daxili parçalanma dövlətin gələcəyini təhlükə altına atırdı. Ziyalıların Ümummilli Lider Heydər Əliyevə müraciəti ilə YAP-ın yaradılması bu tənəzzülün qarşısını almaq üçün yeganə düzgün addım oldu.

Ümummilli Lider Heydər Əliyevin qəti mövqeyi və strateji baxışı Yeni Azərbaycan Partiyasının yaranmasını mümkün etdi. 21 noyabr 1992-ci ildə keçirilən təsis konfransı ilə partiyanın fəaliyyəti rəsmi şəkildə başlanıldı. YAP-ın əsas məqsədi ölkədə sabitliyi bərpa etmək, dövlətçilik ənənələrini möhkəmləndirmək və müstəqil Azərbaycan dövlətinin gələcək inkişaf strategiyasını müəyyənləşdirmək idi. 1993-cü ildə Heydər Əliyevin xalq tərəfindən Prezident seçilməsi ilə ölkədə idarəetmə böhranı aradan qalxdı və dövlət yeni inkişaf mərhələsinə qədəm qoydu.

YAP-ın rəhbərliyi altında həyata keçirilən islahatlar ölkənin iqtisadi, sosial və siyasi həyatında dönüş yaratdı. Neft strategiyasının uğurla həyata keçirilməsi Azərbaycanı regionda lider dövlətə çevirdi. Dövlətin maliyyə imkanları genişləndi, beynəlxalq əməkdaşlıq yüksəldi, sosial rifah artırıldı. Ordu quruculuğu sahəsində əldə edilən uğurlar Azərbaycanın təhlükəsizliyinin təmin edilməsinə və gələcək Zəfərin əsasının qoyulmasına gətirib çıxardı. YAP-ın fəaliyyəti milli birlik və dövlətçilik ideologiyasını daha da gücləndirdi.

Bu gün Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə öz siyasi irsini inkişaf etdirir. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Qələbə Prezident İlham Əliyevin qətiyyətli mövqeyinin və YAP-ın güclü siyasi xəttinin təntənəsi oldu. Azərbaycanın ərazi bütövlüyünün tam bərpası partiyanın tarixi missiyasının uğurla başa çatdığını göstərir. YAP bu gün də ölkədə gedən bütün proseslərin mərkəzində dayanaraq gələcək hədəflərə doğru irəliləməkdədir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31