Azərbaycanın Mərkəzi Asiya üçün Avropaya açılan etibarlı qapı rolu artır

Azərbaycan üçün Mərkəzi Asiyanın yüksəlişi çox mühüm geosiyasi əhəmiyyət kəsb edir. Ona görə də Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın hərtərəfli inkişafı və əlaqələrin gücləndirilməsinin önəmi prioritet istiqamətlərdən biri kimi getdikcə artır.Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətləri həm ikitərəfli, həm də çoxtərəfli platformalarda,o cümlədən də Türk Dövlətləri Təşkilatı və digər beynəlxalq təsisatlar çərçivəsində intensiv şəkildə inkişaf edir.Bunun məntiqi davamı kimi Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə Azərbaycan Məşvərət Görüşü formatının tam hüquqlu üzvü seçildi. Bu,İkinci Qarabağ müharibsində  Azərbacanın qələbəsi nəticəsində Cənubi Qafqazda yaranmış yeni situasiyanın ardınca Mərkəzi Asiyada da situasiyanın hər iki region ölkələrinin xeyrinə  dəyişdiyinin göstərir.Bu hadisə həm də onu göstərdi ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətləri sadəcə tərəfdaşlıq münasibəti deyil,bu qarşılıqlı inam üzərində qurulan və böyük hədəflərə hesablanmış strateji tərəfdaşlıqdır.Azərbaycan Prezidenti Daşkənddə bu münasibətlə etdiyi çıxışında əməkdaşlığın əsas sahələrini, müttəfiqlik və strateji tərəfdaşlıq müqavilələrini, investisiya fondlarını və mədəni layihələri sahəsindəki əməkdaşlığı diqqətə çatdırdı,eyni zamanda həm də Mərkəzi Asiya və Azərbaycanın qlobal miqyasda əhəmiyyəti artan vahid geosiyasi və geoiqtisadi məkan yaratdığını qeyd etdi.
     Mərkəzi Asiya+Azərbaycan formatı Avrasiya regionlararası siyasətin konfiqurasiyasını dəyişdirə biləcək  çox mühüm tarixi hadisədəir. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü  formatına qoşulması geosiyasi və geoiqtisadi baxımdam əhəmiyyəti sürətlə artan çox geniş bir coğrafi məkanda  qarşılıqlı fayadalı əməkdaşlığın  genişlənməsinə və möhkəmlənməsinə xidmət edir. Bu əməkdaşlığın perspektivlərinin bariz nümunəsi kimi, Azərbaycan Mərkəzi Asiya kimi çox əhəmiyyətli regiona daha əlverşli dəhlizlər təqdim edir.Onun dolğun şəkildə reallaşdırılması   Azərbaycanın Mərkəzi Asiya üçün Avropaya açılan etibarlı qapı rolunu getdikcə  artıracaq. Çünki Zəngəzur Dəhlizi Mərkəzi Asiya+Azərbaycan platforması çərçivəsində iqtisadi, ticarət və nəqliyyat-logistika əməkdaşlığı üçün geniş perspektivlər və imkanlar açır. Yeni nəqliyyat yolunun yaranması istiqamətində səylərin və bu işə qoşulanların siyasi və iqtisadi çəkisinin artması yeni geosiyasi ittifaqın yaranması ilə müşayət olunur.Bu kontekstdə Mərkəzi Asiya+Azərbaycan formatlı  əməkdaşlıqda  siyasi,iqtisadi,hümanitar,mədəni və sair əlaqələrin möhkəmləndirilməsi ilə yanaşı, həm də əsas istiqaməti kimi nəqliyyat sektoru ilə bağlı perspektivlərlər mühüm əhəmiyyət kəsb edir.Əksər  dövlətlər Orta Dəhlizin əhəmiyyətini layiqincə qiymətləndir. Xüsusilə Mərkəzi Asiya ölkələri bilir ki,bu nəqliyyat dəhlizi çox  önəmli və perspektivlidir. Avropanı Asiya ilə birləşdirən nəqliyyat dəhlizləri çərçivəsində Ortdəhkz vasitəsilə əlaqələrin genişləndirilməsinin yaxşı perspektivləri var.Ona görə də Mərkəzi Asiyanın və Xəzər hövzəsinin nəqliyyat infrastrukturunun gücləndirilməsi səyləri artıb.  Bu baxımdan Mərkəzi Asiya+Azərbaycan formatı ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlığın dərinləşməsinə, dayanıqlı ticarət, nəqliyyat və energetika dəhlizlərinin yaradılmasına,həmçinin regional inteqrasiya proseslərinin sürətlənməsinə xidmət edəcək.
       Mərkəzi Asiya+ Azərbaycan formatının yeni fazaya qədəm qoyması göstərir ki, bu il avqustun 8-də Vaşinqton görüşündən sonra region ölkələrinin əməkdaşlığına yeni abu-hava gəlib. Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Bəyannamə Azərbaycanın 2020-ci il qələbəsini, 2023-cü il sülh razılaşmasını və regionda qurduğu yeni təhlükəsizlik nizamını bir daha təsdiq etməsi, həmin Bəyannamənin ABŞ-nin Azərbaycanla münasibətlərini "strateji tərəfdaşlıq" səviyyəsinə qaldırılmasına yol açması,eləcə də İmzalanan Birgə Bəyannamənin əsas müddəalarından birinin Azərbaycan və Ermənistan arasında nəqliyyat və kommunikasiya əlaqələrinin açılması öhdəliyinin olması, Zəngəzur dəhlizinin açılması üçün hüquqi əsasın yaradılması təkcə Azərbaycan və Ermənistan üçün yox, bütövlükdə region ölkələrinin xeyrinədir. Noyabrın əvvəllərində Mərkəzi Asiya ölkələrinin-Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Tacikistanın dövlət başçılarının  Vaşinqtonda ABŞ prezidenti ilə görüşündə əldə olunan razılaşmalar göstərdi ki,ABŞ   Mərkəzi Asiyaya əvvəllər olduğundan daha diqqətlə yanaşmağa başlayıb və eyni zanmanda həm də bu yöndə Azərbaycanın oynayacağı rol da yüksək dəyərləndirilir. Məqsəd Mərkzi Asiya və Cənubi Qafqazı sabit və dayanıqlı təminatlı regiona çevirməkdir.Bu kontekstdə Mərkəzi Asiya ölkələri   öz maraqlarına daha çox uyğun gələn mövqeyini  müəyyənləşdirməyə başlayıb.Noyabrın əvvəllərində ABŞ-da keçirilən Orta Asiya-ABŞ sammiti,ondan bir qədər sonra  Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə Azərbaycanın Məşvərət Görüşü formatının tam hüquqlu üzvü seçilməsi göstərir ki, son zamanlar Mərkəzi Asiya ölkələrinin liderləri bəzi qlobal oyunçuları region ölkələri ilə münasibətlərinə yanaşmalarını yenidən nəzərdən keçirməyə nail olmaqla yanaşı,bu işdə Azərbaycanın da regional əməkdaşlığa böyük töhfələr verə bilmə iqtidarında olduğunu da layiqincə dəyərləndirirlər. Bu yeni yanaşma regionun geosiyasi konfiqurasiyasını dəyişdirilməsinə öz təsirini göstərəcək.Bu kontekstdə Mərkəzi Asiya+Azərbaycan formatı ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlığın dərinləşməsinə, dayanıqlı ticarət, nəqliyyat və energetika dəhlizlərinin yaradılmasına,həmçinin regional inteqrasiya proseslərinin sürətlənməsinə xidmət edəcək.Bütün bunların nəticəsində Mərkəzi Asiya+Azərbaycan formatı Mərkəzi Asiya  və Cənubi Qafqazın qlobal miqyasda əhəmiyyətini artıracaq.
     Mərkəzi Asiya+Cənubi Qafqaz Şərqlə Qərbi birləşdirən mühüm geostrateji mövqeyə malikdir. Orta Dəhlizin inkişafı həm Cənubi Qafqaz,həm də Mərkəzi Asiya ölkələri üçün strateji əhəmiyyət kəsb edir.Nəqliyyat və logistika infrastrukturunun müasirləşdirilməsi,gömrük prosedurlarının sinxronlaşdırılması və rəqəmsallaşdırılması üzrə birgə səylər yükdaşımaların həcminin artırılması, iqtisadi dayanıqlılığın gücləndirilməsi və beynəlxalq bazarlarda əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanlar açır.Bu amil təbii surətdə Azərbaycanla həmin region ölkələri qarşısında nəqliyyat-tranzit əməkdaşlığı sahəsində yeni perspektivlər açır.Bu, regionun iqtisadi əməkdaşlıq baxımından potensialınının yüksək səviyyədə hərəkətə gətirilməsi,regionumuz daxilində geoiqtisadi əməkdaşlığı gücləndirməyə imkan verəcək. Bu isə təkcə Mərkəzi Asiya+ Azərbaycan formatı üzrə  yox, həm də bütövlükdə Avrasiya regionunun inkişafına töhfə verəcək. Mərkəzi Asiya+ Azərbaycan formatı həm Türk Dövlətlərinin əməkdaşlığının genişlənməsində, həm də Mərkəzi Asiya ölkələrinin Avropa ilə inteqrasiyasında Azərbaycanın rolunu və əhəmiyyətini artırır. Zəngəzur dəhlizinin açılması Azərbaycanın Türkiyə və Mərkəzi Asiya ölkələri arasında əlaqələrinin güclənmsinə yeni töhfələr verəcək,Mərkəzi Asiya +Cənubi Qafqaz coğrafi məkanında həm qarşılıqlı inteqrasiya və həm də  bu regionun Avropaya inteqrasiyasını sürətləndirəcək. 
     
 Milli Məclisin deputatı Əli Məsimli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31