Prezident İlham Əliyev: Azərbaycan və Latviya xalqlarının tarixi əlaqələri və dövlətlərarası münasibətlərimizin yüksək səviyyəsi əməkdaşlığımızın genişlənməsi üçün imkanlar yaradır

Xalqlarımızın tarixi əlaqələri, dövlətlərarası münasibətlərimizin hazırkı yüksək səviyyəsi müxtəlif sahələrdə səmərəli əməkdaşlığımızın genişlənməsi üçün yaxşı imkanlar yaradır.

Olaylar.az xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsə ünvanladığı təbrik məktubunda yer alıb.

Prezident İlham Əliyev məktubda diqqətə çatdırıb ki, əminəm ki, xalqlarımızın mənafelərinə uyğun olaraq ölkələrimiz arasında ənənəvi dostluq münasibətlərini möhkəmləndirmək, əməkdaşlığımızın potensialından tam bəhrələnmək üçün bundan sonra da birgə səylər göstərəcəyik.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31