Azərbycan “Mərkəzi Asiya +” formatına qoşulmaqla qlobal miqyasda gücü daha da artacaq- ÖZƏL

"Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əlaqələr yüksələn xətlə inkişaf edir. Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşü tarixi hadisə kimi yadda qaldı.  Dövlət başçısı İlham Əliyevin Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə iştirak etmək üçün  bu ölkəyə səfəri, həmçinin Prezident İlham Əliyevin tədbirdəki çıxışı, qəbul olunan qərarlar,  imzalanan sənədlər hazırda ölkə və dünya mətbuatında geniş şərh edilir. Ölkəmizin Mərkəzi Asiya platformasında tamhüquqlu iştirakçı statusu qazanması xarici siyasətimizin növbəti uğurudur. Bu qərarın perspektivləri Mərkəzi Asiya ölkələrinin dövlət başçılarının çıxışlarında da xüsusi qeyd edildi". YAP Yardımlı Rayon Təşkilatından "Olaylar"a bildirilib ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanın tamhüquqlu iştirakçı qismində Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü formatına qoşulması ilə bağlı qəbul edilən qərarı qeyd edərək bu əminliyi ifadə etdi ki, qəbul edilən qərar strateji qarşılıqlı əlaqəni və dayanıqlılığı gücləndirəcək. Həmrəyliyin gücləndirilməsi Mərkəzi Asiyanın beynəlxalq mövqeyinin möhkəmlənməsinə və qlobal rolunun artırılmasına töhfə verir. "Mərkəzi Asiya +" formatlarının qarşılıqlı fəaliyyəti güclənib. Azərbaycanın bu formata qoşulması ilə regionumuzun qlobal miqyasda səsi daha əhəmiyyətli olacaq. Qırğız Respublikasının Prezidenti Sadır Japarov ölkəsinin Azərbaycanın tamhüquqlu üzv qismində Məşvərət görüşləri formatına qoşulması təşəbbüsünü dəstəklədiyini vurğulayaraq qeyd etdi ki, qardaş Azərbaycanın iştirakı ilə formatımızın genişləndirilməsi Mərkəzi Asiyanın qarşısında xüsusilə beynəlxalq tranzit, logistika və energetika sahələrində yeni imkanlar, geniş əməkdaşlıq üfüqləri açacaq. Tacikistan Prezidenti Emoməli Rəhmon bildirdi ki, məkanımız beynəlxalq və regional proseslərin mühüm iştirakçısının timsalında öz əhəmiyyətini inamla artırır. Bu, balanslaşdırılıb və region ölkələrinin artan maraqlarının inkişafına səyləri nümayiş etdirir. Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov dövlətimizin başçısına Azərbaycanın tamhüquqlu iştirakçı qismində Məşvərət görüşlərinə qoşulması münasibətilə təbriklərini çatdırdı. Qəbul olunan qərar, həmçinin bu qərarın yüksək dəyərləndirilməsi, Azərbaycanın gələcəkdə bu əməkdaşlıq formatına böyük töhfələr verəcəyi ilə bağlı səsləndirilən əminlik bir daha ölkəmizin artan beynəlxalq nüfuzunun, qlobal proseslərdə söz sahibliyinin göstəricisidir. Azərbaycanın beynəlxalq əməkdaşlığa töhfələri davamlıdır. 
       Xarici siyasətimizin əsas tərkib hissələrindən biri ikitərəfli və beynəlxalq təşkilatlar daxilində əlaqələrin qurulması və yeni prioritetlər üztə inkişaf etdirilməsidir. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşününə tamhüquqlu iştirakçı kimi qəbul edilməsi dövlətimizin xarici siyasət uğurlarının əsas tərkib hissələrindəndir.
        Azərbaycan və Mərkəzi Asiya artıq vahid geosiyasi və geoiqtisadi məkana çevrilir. Tarixi, mədəni, mənəvi əlaqələrimiz siyasi mərkəz halına gəlir. Mərkəzi Asiya artıq beş ölkə deyil, Azərbaycan da Mərkəzi Asiyanın tərkib hissəsi, əməkdaşlıq və məşvərətçi formatın tamhüquqlu üzvüdür. Bundan sonra Azərbaycan Mərkəzi Asiya çərçivəsində keçirilən görüşlərdə dövlət, hökumət başçıları, nazirliklər, dövlət və ictimai təşkilatlar səviyyəsində iştirak edəcək. Bu, Azərbaycanın yerləşdiyi Cənubi Qafqazı inkar etmir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31