Mərkəzi Asiya regionlararası əməkdaşlığın mərkəzinə çevrilib- ÖZƏL

"Mərkəzi Asiya son illər regionlararası əməkdaşlığın və strateji dialoqun mərkəzinə çevrilib". "Olaylar" xəbər verir ki, bunu YAP Lerik rayon təşkilatının sədri Malik Mirzəyev deyib: "Ənənəvi olaraq qlobal güclərin kəsişmə nöqtəsində yerləşən bu bölgə XXI əsrin yeni geosiyasi reallıqları fonunda özünün müstəqil regional inteqrasiya modelini formalaşdırmağa başlamışdır. Bu prosesin mühüm mərhələlərindən biri Daşkənd şəhərində keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşüdür. Görüş region dövlətləri arasında həm siyasi, həm iqtisadi, həm də təhlükəsizlik sahələrində əməkdaşlığın yeni mərhələyə keçməsini təmin edən vacib platforma kimi çıxış edir.

Mərkəzi Asiyanın ən sürətlə inkişaf edən dövləti olan Özbəkistanın Azərbaycanla olan sıx münasibətləri əldə olunan müsbət nəticələr hər iki ölkənin uğurudur Dövlətlərarası münasibətlərlə yanaşı, beynəlxalq təşkilatlarda üzvlük çərcivəsində qarşılıqlı fəaliyyət, hər iki ölkənin bir-birinin mövqeyini dəstəkləməsi dostluğun göstəricisidi. Cənab Prezidentin müsahibəsi Azərbaycan-Özbəkistan münasibətlərinin tarixi, strateji xarakterini özündə ehtiva edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31