İlham Əliyevin liderliyi sayəsində Azərbaycan-Özbəkistan münasibətləri yeni səviyyəyə yüksəlib- ÖZƏL

"Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsi Azərbaycan-Özbəkistan əlaqələrinin strateji xarakterini təsdiqləməklə yanaşı, regionun gələcək əməkdaşlıq istiqamətlərini də müəyyənləşdirir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Anar Məmmədov deyib: "Siyasi etimadın möhkəmliyi, iqtisadi inteqrasiyanın sürəti, mədəni yaxınlığın dərinliyi və Türk dünyası çərçivəsində vahid məqsədlərin güclənməsi bu münasibətləri təkcə ikitərəfli deyil, həm də pan-türk və Avrasiya miqyasında nümunəvi əməkdaşlıq modelinə çevirir. Bütün bunlar növbəti dəfə sübut edir ki, Prezident İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasəti nəticəsində Azərbaycan regionda və beynəlxalq aləmdə etibarlı tərəfdaş, iqtisadi cəhətdən güclü və siyasi baxımdan ən nüfuzlu dövlətlərdən biridir. Hazırda dölətimizin başçısının liderliyi sayəsində Azərbaycan-Özbəkistan münasibətləri yeni səviyyəyə yüksəlib. Hesab edirəm ki, iki ölkə arasındakı əlaqələr təkcə ikitərəfli çərçivədə deyil, həm də strateji və qlobal miqyasda mühüm əhəmiyyət daşıyır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31