Azərbaycanla Özbəkistanı birləşdirən tellər təkcə diplomatik münasibətlərdən ibarət deyil- ÖZƏL
13:36 Siyasət"Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibə, əsasən, Azərbaycan ilə Özbəkistan arasındakı müttəfiqlik münasibətlərini və Azərbaycanın regional siyasətini əhatə edən mühüm bəyanatlarla yadda qaldı. Müsahibədə səsləndirilən fikirlər həm regional siyasətin, həm də beynəlxalq əməkdaşlığın dərin strateji əsaslarını əks etdirir. Müsahibə həmçinin türk dünyasının gələcək inteqrasiya xəritəsini cızan strateji sənəd kimi dəyərləndirilə bilər. Bu müsahibə həm regional siyasətin, həm iqtisadi əməkdaşlığın, həm də mənəvi birliyin dərin fəlsəfi mənzərəsini təqdim edir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Anar Məmmədov deyib: "Dövlət başçısının vurğuladığı kimi, Azərbaycan ilə Özbəkistanı birləşdirən tellər sadəcə diplomatik münasibətlərdən ibarət deyil - bu bağlar ortaq tarix, mədəniyyət, dil, türk kimliyi və qardaşlıq duyğularının üzərində qurulub. İlham Əliyevin sözləri ilə desək, bu əlaqələr "qarşılıqlı etimada, mənəvi yaxınlığa və sarsılmaz dostluğa əsaslanan model"dir. Son illərdə bu münasibətlər təkcə siyasi səviyyədə deyil, iqtisadi, mədəni və humanitar müstəvilərdə də misilsiz dərinlik qazanıb.
Dövlət başçısı müsahibəsində ilk növbədə Azərbaycan və Mərkəzi Asiya ölkələrinin vahid tarixi, mədəni və geosiyasi məkanı formalaşdırdığını xüsusi vurğulayır. Prezident ölkələri təkcə coğrafiyanın deyil, həm də tarixi-mədəni əlaqələrin, ortaq dini və mənəvi dəyərlərin, adət-ənənələrin birləşdirdiyini qeyd edir. Dövlət başçısının müsahibədə bildirdiyi kimi, ölkələrimiz arasında müttəfiqlik münasibətləri qarşılıqlı fəaliyyətin gələcək inkişafının möhkəm təməlidir. Bu gün bu təməl konkret məzmunla zənginləşdirilir".