NATO-nun məxfi hesabatı sızdı: Avropanın təhlükəsizlik xəritəsi dəyişəcək

NATO Rusiyanın yeni nüvə enerjisi ilə işləyən, məhdudiyyətsiz mənzilli strateji qanadlı "Burevestnik" raketlərini təhlükəsizlik üçün ciddi təhlükə hesab edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Almaniyanın "Bild" nəşri Şimali Atlantika Alyansının məxfi hesabatına istinadən məlumat yayıb.

"Rusiyanın nüvə arsenalının modernləşdirilməsi başa çatıb. Hazırda Moskvanın bir neçə təkmilləşdirilmiş silahı var, o cümlədən sualtı qayıqlar, qanadlı raketlər və orta mənzilli raketlər", - hesabatda deyilir.

Həmçinin hesabata görə, artıq yerləşdirməyə hazır olan Rusiyanın yeni "Burevestnik" raketləri xüsusilə narahatlıq doğurur.

"NATO kəşfiyyatı onların ciddi təhlükə yaratdığına inanır, çünki onlar yüksək manevr qabiliyyətinə malikdirlər, saatda 900 kilometr sürətə çata bilirlər və mobil buraxılış qurğularından buraxıla bilirlər. Bu Avropanın təhlükəsizlik xəritəsini fəyişə bilər. "Burevestnik" hədəfinə çatana qədər uzun müddət orbitə çıxa bilir", - hesabatda qeyd olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31